03 mart 2021 14:36
954

Azərbaycanın daha bir neçə müəssisəsinin Rusiyaya pomidor və alma ixrac etməsinə icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) martın 3-dən Azərbaycanın 8 müəssisəsinin alma, 19 müəssisəsinin isə Rusiyaya pomidor ixrac etməsinə icazə verib.

“İki sahil" ”Rosselxoznadzor”a istinadən xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən verilib.