03 mart 2021 21:24
1024

Biletlər satışa çıxarıldı

"Formula 1" üzrə Fransa Qran-prisinin biletləri satışa çıxarılıb.

"İki sahil" xəbər verir ki, 25 - 27 iyunda keçiriləcək yarış üçün biletlərin qiyməti 199 - 299 avro arasında dəyişir. Qran-prinin yalnız ilk gününü izləmək istəyən azarkeşlər 199 avro ödəməlidir. İlk 2 gün üçün qiymət 259, tam paket üçün isə 299 avrodur. Qeyd edək ki, ötən gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2021-ci ildə bütün Qran-prilərin tamaşaçısız keçiriləcəyini açıqlayıb. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.