04 mart 2021 00:48
1106

Yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənləri xeyli üstələyib

Azərbaycanda daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını xeyli üstələyib.

"İki sahil" bildirir ki, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1669 nəfər gələn və Azərbaycandan 568 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 1101 nəfər təşkil edib.