04 mart 2021 02:41
1001

Çin Yer kürəsinin yarısına koronavirusa qarşı vaksin vədi verib

Çin Yer kürəsinin yarısına koronavirusa qarşı vaksin vədi verib.

"İki sahil" bildirir ki, Çin vaksin istehsalına başladığı gündən bəri 45-dən çox ölkə 500 milyon doza vaksin gözləyir. Ölkənin vaksin firmalarının il ərzində 2,6 milyard doza peyvənd istehsal edə biləcəyini açıqlamasından sonra bir çox ölkə Qərb şirkətləri yerinə Çinə üz tutub. Artıq 25 ölkədə Çin vaksini vurulur. Bu ölkələr arasında Azərbaycan və Türkiyə də var. Daha 11 ölkə vaksinləri təhvil alıb. 53 ölkəyə vaksin yardımı göndərilib.