Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
"İki sahil"in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında müvafiq dəyişiklik edib.
Xatırladaq ki, bundan öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi. Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.
Ötən gün ailələrinin itkin kimi axtarışa verdiyi 7 nəfər tapılaraq təhvil verilib
DGK: Qara bazarda dəyəri 90 milyon ABŞ dollarından artıq olan heroin aşkar edilib