04 mart 2021 12:58
1290

Ağdamda daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb

Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb

Ağdamın Novruzlu kəndində Mexaniki Suvarmalar Sistemi İdarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü ərazidə əlavə olaraq 3 ədəd Ermənistan istehsalı olan PMN - piyada əleyhine mina aşkarlanıb.

Bunu "İki sahil"ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin supervayzeri Xaliq Zülfüqarov deyib. Onun sözlərinə görə, bundan başqa, rayon ərazisinə baxış keçirilən zaman 39 ədəd PMN mina aşkarlanıb. Həmçinin, 8 ədəd TM-62 P2 mina aşkarlanaraq zərərsizləşdirilib.

Agentliyin əməkdaşları hazırda təcili təxirəsalınmaz işlərini dəvam etdirir. Ağdam rayon ərazisində aşkar olunmuş 100-ə yaxın TM62 P2 tank əleyhinə mina partlayış işləri aparılır.

Agentlik insanların işğaldan azad olunmuş ərazilərə keçməməsini xahiş edir, ərazinin son dərəcə təhlükəli olduğu bildirilir.

Axtarış işləri davam etdirilir.