04 mart 2021 14:44
820

Azərbaycanla Ermənistan arasında sərhəd-keçid məntəqələri yaradılacaq- İstiqamətləri açıqlanıb

“İşğadan azad edilmiş ərazilərin bərpası və ticarətin həmin bölgədə də aparılması ilə bağlı ən vacib məsələlərdən biri tranzit əlaqələrinin yaradılmasıdır. Gömrük Komitəsi də hazırda üçtərəfli – Azərbaycan, Ermənistan və Rusiya ilə birgə postların yerinin və keçidinin müəyyənləşdirilməsi ilə bağlı keçirilmiş komissiyanın bir neçə iclasında iştirak edib. Bu sahədə layihələrin üzərində iş gedir”.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev keçirdiyi brifinqdə deyib.

O deyib ki, Ermənistanla həm Naxçıvan, həm digər istiqamətlərdə sərhəd-keçid məntəqələri yaradılacaq.

“Ermənistanla həm Naxçıvan, həm digər istiqamətlərdə sərhəd-keçid məntəqələrinin müvafiq yerlərində hələ ki, ümumi tranzit qaydaları üzərində iş getdiyindən onun yerləri fikir söyləyə bilməyəcəyəm. Ən azından onu bilirik ki, bu koridor region dövlətlərinin tranzit potensialını qarşılamaq üçün yeganə ən qısa və ekonomik dəhlizdir. Bu istiqamətdə həm Naxçıvana, həm də Ermənistandan bağlanan Sədərək istiqamətində, Naxçıvandan- Ordubaddan bağlanan Ermənistan istiqamətində,  Ermənistandan təkrar Zəngilan bağlanan hissədə gömrük postları təşkil olunacaq. Bundan əlavə postların da açılması ehtimalı var”, -deyə S. Mehdiyev qeyd edib.