04 mart 2021 14:45
1491

Bazeldə anım guşəsi təşkil edilib

Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anim guşəsi təşkil edilib.

"İki sahil" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Bazel şəhərinin ən sıx küçələrindən birində gerçəkləşdirilən guşədə Xocali soyqırımının dəhşətlərini əks etdirən fotolar nümayiş etdirilib, güllər və şamlar düzülüb.

Xocalı faciəsi barədə əlavə məlumat almaq istəyənlər üçün "http://justiceforkhodjaly.org" saytina yönləndirən QR-kod yerləşdirilib.

Anım guşəsi şəhər sakinləriin diqqətini cəlb edib. Sakinlər erməni silahlı birləşmələrinin Xocalı sakinlərinə qarşı törətdikləri kütləvi qırgından dəhşətə gəldiklərini bildiriblər. Yerli sakinlər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək müharibəsiz dünya arzuladırlarını bildiriblər.