04 mart 2021 16:11
1083

Milli Qurtuluş Partiyası YAP-a qoşulmağa qərar verib

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.

Partiyadan "İki sahil"ə bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub.

Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb.

Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

***

Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında qərar qəbul edib.

Bu barədə partiyanın sədri Rafiq Turabxan məlumat verib.

Onun sözlərinə görə, bu barədə dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qərar qəbul edilib.