Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qrupları müxtəlif istiqamətlər üzrə karantin qaydalarına uyğun olaraq Bakı şəhəri və regionlarda fəaliyyətlərini davam etdirirlər.
"İki sahil" bildirir ki, layihənin həyata keçirilməsində əsas məqsəd COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya prosesinin vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər aparmaq, Vətən müharibəsində iştirak edən qazi və şəhidlərimiz haqqında məlumatlandırma, eyni zamanda şəhid və qazi ailələrinin ziyarət olunması, işğaldan azad edilmiş torpaqlarımızda gənclərin gələcəkdə reallaşdırmaq istədikləri layihələr barədə fərdi müzakirələrin aparılması və sorğuların keçirilməsidir.
İctimai Maarifləndirmə qrupları 30 gənclər təşkilatının iştirakı ilə 12 şəhər və rayonda fəaliyyət göstərirlər.
Layihə müddətində fəaliyyətlərə cəlb edilən gənclər təşkilatları aşağıdakılardır:
Gənc Vətənpərvərlər İctimai Birliyi
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi
Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi
SAF Həyat Naminə Gənclər İctimai Birliyi
Həkimlər və Təbib Tələbələr İctimai Birliyi
Gənclərin Töhfəsi İctimai Birliyi
Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi
Odlar Yurdu Gənclər İctimai Birliyi
Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyi
Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi
İnternat Məzunlarının Sosial İnteqrasiyası
Gənclər Mərkəzi İctimai Birliyi
Erasmus Tələbə Şəbəkəsi Azərbaycan (ESN)
Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi
Dünya Gənc Türk Yazarlar Birliyi İctimai Birliyi
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi
Gənc Mühasiblər Birliyi İctimai Birliyi
Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi
Gələcəyə Körpü GİB
Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi
Azərbaycan Skautlar Assosiasiyası Göygöl nümayəndəliyi
Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi
İşıqlı Gələcək Gənclər İctimai Birliyi
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası
Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi (TGİİB)
Böyük Yol Gənclər İctimai Birliyi
Gənclərin Həmrəyliyi İctimai Birliyi
Gəncliyə Dəstək İctimai Birliyi