04 mart 2021 16:56
1238

Daha 1 partiya YAP-a qoşulmaq qərarı verib

Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq qərarı vermiş daha bir partiyanın adı məlum olub. 

"İki sahil" xəbər verir ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov agentliyə açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.