04 mart 2021 17:56
1522

Məleykə Əsədova peyvənd olundu

Xalq artisti Məleykə Əsədova peyvənd olunduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

“Hər zaman sağlam olaq! Sağlamlıq həyat gözəlliyidir! “COVID-19”a son! Bu xəstəliklər dünyamızdan yox olsun”, - deyə Əsədova vurğulayıb.

Bundan əlavə, 54 yaşlı aktrisa bacısına da bu gün vaksin vurulacağını qeyd edib.