04 mart 2021 21:46
945

Paşinyan Sarukyanı görüşə dəvət edib

Ermənistanın baş naziri Nikol Paşinyan müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri Qagiq Sarukyanı görüşə dəvət edib.

“İki sahil” xəbər verir ki, bunu hakim “Mənim addımım” parlament fraksiyasının sədri Lilit Makunts martın 4-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, görüş üçün dəvət artıq göndərilib: “Görüşün və danışıqların olacağını gözləmək lazımdır. Hələ ki, Sarukyanla görüşün olub-olmayacağı aydın deyil”. Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” fraksiyasının sədri, milyonçu deputat Qagik Sarukyan baş nazir Nikol Paşinyanın istefasını ilk dəfə tələb edənlərdəndir.