04 mart 2021 22:44
1237

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə "İki sahil" Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib. Bildirilib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb. Nazirlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.