ABŞ-ın Kaliforniya ştatının Petaluma şəhərində karbon emissiyalarını azaltmaq üçün yeni bir yanacaqdoldurma məntəqəsi açılmasına icazə verilməyəcəyi açıqlanıb.
“İki sahil” xəbər verir ki, Petaluma Şəhər Şurasının 1 mart tarixli yekdil qərarı ilə şəhərdə karbon emissiyalarını azaltmaq üçün yeni yanacaqdoldurma məntəqələrinin inşası, genişləndirilməsi və yenidən qurulması qadağan edilib.
Şəhər rəhbərliyi bu qərarla avtomobil sahiblərini elektrik və ya hidrogenlə işləyən nəqliyyat vasitələrinə yönəltməyi planlaşdırır.
Təşəbbüsə rəhbərlik edən müşavir Dlyanda Fischer verdiyi açıqlamada bunları söyləyib: “Karbon emissiyaları səbəbiylə dəyişən hava şərtlərini yüngülləşdirmək və yeni qaydalara uyğunlaşmaq üçün üzərimizə düşəni etməliyik. İnanıram ki, digər şəhərlər də bunu edəcək və mövcud yanacaqdoldurma stansiyaları ilə kifayətlənib, yenilərini qurmayacaqlar.”
Qeyd edilib ki, Şəhər Şurasının qərarı Şuranın təsdiqindən 30 gün sonra qüvvəyə minəcəkdir.
16 yanacaqdoldurma məntəqəsi var
16 yanacaqdoldurma məntəqəsi olan 58 min əhalisi olan şəhərdə 2030-cu ilə qədər karbon emissiyalarını sıfıra endirmək hədəflənir.
Kaliforniya əvvəllər də iqlim dəyişikliyinə qarşı mübarizədə lider ştatlardan biri olub.
Şəhər rəhbəri Gavin Nevsom keçən il 2035-ci ildən etibarən benzinlə işləyən avtomobillərin satışının qadağan ediləcəyini elan edib.
Qeyd edək ki, keçmiş əyalət qubernatoru Jerry Brown da 2018-ci ildə Kaliforniyanı 2045-ci ilə qədər karbon emisyalarını sıfıra endirən bir dövlət halına gətirmək üçün müxtəlif tədbirlər görüb.
Vüsal Cahanov, “İki sahil”