05 mart 2021 12:19
793

Dahilər hansı aylarda doğulur?

Alimlər altı ilə on beş yaş arasında bir milyondan çox məktəblinin akademik performansını təhlil ediblər. Avqust ayında anadan olanların ən aşağı göstəricilərə malik olduğu və sentyabr ayında anadan olan uşaqların məktəbdə ən yaxşı qiymətlər aldığı və ən prestijli kollec və universitetlərdə oxuduğu üzə çıxıb.

ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosuna görə, ən ağıllı və çalışqan uşaqlar sentyabr ayında dünyaya gəlirlər.

Çikaqo Universitetindən olan alimlər həmçinin, tədqiqatlar zamanı onu da müəyyən ediblər ki, qış və ya payızda dünyaya gələn insanlar daha uzunömürlü olurlar. 100 yaşdan çox insanlarla bağlı tədqiqatlar apararkən bəlli olub ki, mart ayında dünyaya gələn insanlar daha az yaşayırlar.

Nubar Süleymanova, “İki sahil”