05 mart 2021 15:40
2754

Niyə benzin qoxusu bəzi insanların xoşuna gəlir?

Benzin-sürtkü yağları, pas əleyhinə maddələr və yüzlərlə kimyəvi birləşmələr, karbohidrogenlər və digər bir çox maddədən ibarət kimyəvi kokteyldir. Oktan səviyyəsini artırmaq üçün benzinin tərkibinə benzol əlavə olunur, bu da mühərrikin işini və yanacağın səmərəliliyini artırır. Benzinə xüsusi qoxunu da benzol verir.
Benzolun, təbii şirin bir qoxusu var. Havada çox cüzi benzol da olsa burnumuz onun qoxusunu hiss edir.
Vaxtilə təraşdan sonra vurulan kremlərə, duş gellərinə gözəl ətir vermək üçün onların tərkibinə benzol əlavə edilirdi. Hətta qəhvənin tərkibinə də benzol vurulurdu.
‎Benzolun xərçəng yaradıcı maddə olduğu aşkarlandıqdan sonra onu insanla təmas edə biləcək gigiyena vasitələrinin tərkibindən çıxardılar. Qoxusu xoşunuza gəlsə də, benzol təhlükəlidir.
‎Bəs belə bir təhlükəli maddənin qoxusu niyə xoşumuza gəlsin axı?
‎Benzin və digər karbohidrogenləri qoxladıqda bu qoxular sinir sistemimizə təzyiq göstərir, bu da müvəqqəti eyforik bir hiss yaradır. Bu hiss şərabdan meyxoş olmaq kimi bir hissdir. Yəqin, kley iyləyən insanları eşitmisiniz.
‎Sinirlərin bioloji uyuşması prossesi mezolimbik yolu və ya digər adıyla desək, beyinin mükafatlandırma yolunu aktivləşdirir. Hər dəfə qoxu sinirlərimiz benzol qoxusuna məruz qalanda mezolimbik sistem beyinə dopamin vurur. Bu, beynimizin xoşuna gəldiyi üçün beynimiz "yenə istəyirəm" siqnalını verir. ‎Mezolimbik yol, insandakı asılılığın əsas səbəbkarlarından biridir. ‎
Oyunlar, siqaret və s kimi bizə həzz verən hisslər zamanı mezolimbik yol, beyini mükafatlandırma sistemini işə salır. Benzin qoxusu da bu siyahıya aiddir.
‎Benzin, aseton, yağlı boya, dırnaq boyası və bənzəri qoxusu xoş olan maddələri qoxlamayın və çalışın bu qorxulardan uzaq durasınız.

Röya Rasimqızı, "İki sahil"