06 mart 2021 01:50
1078

Koronavirusla bağlı son vəziyyət - 62 nəfər ölüb

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“İki sahil” xəbər verir ki, sutka ərzində 62 nəfər COVID-19-dan ölüb. Martın 5-də 138 min 214 koronavirus testi aparılıb, onun 11 min 302-si müsbət çıxıb.

7 min 711 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 608 min 848-ə çatıb. Ümumi test sayı 33 milyon 854 min 960, ümumi yoluxma sayı 2 milyon 757 min 460, ölənlərin sayı 28 min 901, ağır xəstə sayı 1232 olub.