06 mart 2021 01:32
1121

Türkiyə-Almaniya əlaqələri müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında danışıq olub.

“İki sahil” xəbər verir ki, danışıqlarda Türkiyə-Almaniya əlaqələri, habelə regional məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Merkellə birbaşa təmas və dialoqun davam etdirilməsinə böyük önəm verdiyini bildirib.