06 mart 2021 13:59
1022

Üçtərəfli görüş keçiriləcək

Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı, türkmənistanlı həmkarı Rəşid Meredovla görüşündən sonra deyib.

O bildirib ki, hazırda görüşün təşkili ilə bağlı məsələlər müzakirə olunur:

"Bu görüşdə vacib razılaşmalar imzalanacaq. Ölkələr arasında münasibətlərin hüquqi bazası möhkəmləndiriləcək".