06 mart 2021 13:37
1130

Prezident dövlət proqramlarının qiymətləndirilməsi ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, Fərmanda qeyd edilir:

1. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.