06 mart 2021 18:30
1214

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub. Jurnalın bu nömrəsində Azərbaycan maddi-mədəni irsinə, qədim tarixinə, müasir inkişafına, ədəbiyyatına, dünya siyasətindəki uğurlarına, görməli-gəzməli yerlərinə həsr olunmuş məqalələr yer alıb. Jurnal baş redaktor Musa Mərcanlının giriş sözü ilə açılır.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, jurnalın budəfəki buraxılışında diqqəti çəkən əsas məqalə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın incisi və hərbi-strateji əhəmiyyətə malik qədim şəhəri Şuşaya həsr olunub.

Jurnalın ərəbcə buraxılışında Musa Mərcanlının “Qarabağ Azərbaycandır”, səudiyyəli jurnalist Əhməd Sami Əl-Ayidinin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşmalar”, misirli yazıçı və tədqiqatçı Əhməd Tərabikin “İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi”, Akif Fərzəliyevin “Şair Nizami Gəncəvinin XIII əsrdə yazılmış “Xəmsə”sinin əlyazması, Rəna İbrahimbəyovanın “Kəlağayı: Azərbaycan qadın baş örtüyü haqqında məlumatlar” sərlövhəli məqalələri yer alıb.

Ərəb oxucularına təqdim edilən məqalələr zəngin foto-illüstrativ materiallarla əhatə olunub.