06 mart 2021 17:30
1061

İqtisadi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İqtisadi Şuranın 5 mart 2021-ci il tarixində keçirilmiş iclasının gündəliyində Şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub.

İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.