07 mart 2021 17:17
1249

Ulu Öndərin əbədi əmanəti - YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası bir tək siyasi partiya deyil, böyük bir ailə, böyük siyasi əqidə və Azərbaycanın işıqlı gələcəyidir. Yeni Azərbaycan Partiyası  90-cı illərin qanlı günlərində Ulu Öndər Heydər Əliyevin qurduğu böyük siyasi əqidənin, Azərbaycançılıq ideologiyasının təməlidir.

1990-cı illər Azərabaycan siyasətinin Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük oyanışı idi. O oyanışın nəticəsidir ki, Azərbaycan bu gün dünyaya öz sözünü deyən, öz siyasi dəsti xətti olan siyasi gücə malik, güclü ölkədir. Bu böyük siyasi gücün təməlində bu günümüzün partiyası olan Yeni Azərbaycan partiyası durur. Bu gün Ulu Öndərin əmanəti olan Yeni Azərbaycan partiyasına, Azərbaycanın müzəffər Ali baş komandanı İlham Əliyev rəhbərlik edir. Onun rəhbərliyi ilə partiyamız Ulu Öndərin deyimindəki kimi bu günümüzü qurur, gözəl gələcəyi hazırlayır.

Yeni Azərbaycan Partiyası şanlı zəfər yürüyüşündə, Vətən müharibəsində bir daha öz siyasi gücünü gözlər önünə qoydu. Həm döyüş meydanında həm də informasiya cəbhəsində Yeni Azərbaycan Partiyası öndə oldu. Neçə-neçə qazilər verdi şəhidlər verdi bu partiya. Vətən üçün, Azərbaycanımız üçün. Şüpəsiz Yeni Azərbaycan Partiyasına daxil olan hər bir Azərbaycanlı bu partiyanın siyasi ideologoyasında olan Azərbaycana, vətəndaşa xidmət prinsipini qəbul edir. Ulu öndərin bizə əmanəti olan partiyamız Ulu Öndərin deyimiylə “bu partiya saflıq və saf mənəviyyat üzərində qurulmuş partiyadır”.

Şanlı Vətən müharibəsində informasiya cəbhəsində Azərbaycan əleyhinə çıxan hər bir yazıda, Azərbaycanın başına gətirilmiş qanlı qətliamların tanıdılmasında, Azərbaycanın doğrularının dünyaya çatrılmasında əvəzsiz xidmətləri oldu. Partiyamızın icra katibi Əli müəllimin (Əli Əhmədov red.) bu partiyanın inkişafında, eyni zamanda informasiya müharibəsində Yeni Azərbaycan partiyasının həqiqətən xalqın partiyası olduğunu bir daha gözlər önünə qoydu.

Bu gün partiya sırasında olan hər bir gəncin qarşısında duran məsuliyyəti böyük vəzifələr var. Vətən müharibəsinin qalibiyik, lakin informasiya müharibəsi davam edir. Şüpəsiz, partiyamız Vətən müharibəsindəki kimi hər zaman informasiya cəbhəsində öz sözünü deyir. Vətənimə qarşı bütün yalan və böhtanların qarşısında bir yumruq kimi durur və duracaqdır! Lakin, sapı özümüzdən olan baltalar, erməni dəyirmanına su tökməklə bəslənən qüvvələr hər vəchlə ölkəmizə hücumları davam edir. Partiyamızın qurultayın da idarə heyətinə yeni və gənc nəslin nümayəndələrinin seçilməsidə günümüzün ən böyük qüvvəsi sayılan sosial mühiti, informasiya mühitini qorumaq bu sahədə dövlətimizə qarşı cəbhə alanların qarşısında duruş gətirməkdir.

Bizlər - Yeni Azərbaycan Partiyasının hər bir üzvünün bir amalı var. Ali Baş Komandana, Azərbaycana xalqına xidmət, Ulu Öndərin bizlərə əmanəti olan partiyamızı “gələcəyin” partiyası olaraq inkişaf xəttiylə əbədi yaşatmaqdır.

Partiyamızın VII qurultayında müzəffər Ali Baş Komandanın nitqi, bir daha biz Yeni Azərbaycan Partiyasının gənclərinin daha böyük məsuliyyət, partiyamızın inkişafı üçün çalışmağa sövq edir. Qafqazın ən böyük siyasi partiyası olan, eyni zaman da böyük bir ailə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyi üçün böyük bir siyasi dayanaqdır.

Yeni Azərbaycan partiyası dünənimizin bu günümüzün gələcəyimiz partiyasıdır. Yeni Azərbaycan partiyası xalqın partiyasıdır!.

Taleh Mansurov

YAP Yasamal rayon təşkilatının üzvü