07 mart 2021 17:52
1177

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu

Heydər Əliyev Sarayının Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb.

2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr

pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib.

İngilis, Fransız və Rus dillərini bilir.