08 mart 2021 12:55
1258

Sabah hava necə olacaq?

Martın 9-da  gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5 dərəcə isti,  gündüz  7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq. 

Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.  Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz a görə, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.