08 mart 2021 19:34
898

ABŞ Orta Şərqə bombardmançı təyyarələr göndərdi

Amerika Birləşmiş Ştatları iki B-52H Stratofortress strateji bombardmançı təyyarəsini Orta Şərqə göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayı.

Bildirilib ki, ABŞ və Böyük Britaniyadan olan hava müşahidəçilərinin bildirdiyinə görə, ABŞ-dan uçan bombardmançılar İranın sərhədlərinə çatıb və sonra geri qayıdıb. Bu uzadılmış uçuş zamanı onları İsrail, Səudiyyə Ərəbistanı və Qətərdən olan döyüş təyyarələri müşayiət ediblər.

Qeyd edək ki, bu cür uçuşlar mütəmadi olaraq ABŞ Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilir.