09 mart 2021 00:19
904

Ərdoğanla Conson telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Boris Conson ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, tərəflər ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, xidmətlər və xüsusilə koronavirusla mübarizədə əməkdaşlığı başda olmaqla, iki ölkə arasında bir çox sahədə əməkdaşlığın inkişafını və regional məsələlərimüzakirə ediblər.

İngiltərənin Kipr məsələsindəki son səylərini məmnuniyyətlə qarşıladıqlarını dilə gətirən Ərdoğan, iki dövlətli həll yolu ilə həm də regional əməkdaşlıq baxımından hər kəs üçün qazanclı bir şəraitin yaranacağını qeyd edib.