09 mart 2021 03:23
1366

Ermənistan ordusunun terrorçuluğu formaları ilə sübut olundu - FOTO/VİDEO FAKT

İşğalçı Ermənistanın silahlı qüvvələrində terrorçu dəstələrin təmsil olunması heç kim üçün sirr deyil.

“İki sahil” xəbər verir ki, bu fakt daha bir dəlillə təsdiqini tapıb. Belə ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, işğalçıların keçmiş postundan götürülmüş erməni hərbçilərinin formalarının analizi maraqlı məqamları üzə çıxarıb.

Formaya yapışdırılan şevronların arxa tərəfində əks olunan ASALA yazısı və xaç şəkli diqqəti çəkib.

Bu yazının təsadüfi olmadığı aydındır. Bu, işğalçı erməni hərbçisinin əslində hansı terror təşkilatına aid olduğunu göstərir.

Xatırladaq ki, ASALA ötən əsrin 70-ci illərindən fəaliyyətə başlayan erməni terror təşkilatıdır. Erməni şovinizmini və "Böyük Ermənistan" xülyasını əlində bayraq tutan təşkilat illərlə müxtəlif qanlı cinayətlərə əl atıb.

Təşkilatın fəaliyyətinə rəsmən son verildiyi deyilsə də, əslində bunun belə olmadığı aydındır. Şevronun arxasında əks olunanlar isə bunun daha bir sübutudur.