09 mart 2021 23:20
1014

Tvitterin bəzi yenilikləri üzə çıxıb

Tvitter sosial şəbəkəsi tezliklə istifadəçilərə alış-veriş imkanı təqdim edəcək. Şirkətin "Mağaza" funksiyasını testdən keçirməyə başladığı bildirilir.

"İki sahil" bildirir ki, sosial media mütəxəssisi Matt Navarranın paylaşdığı tvit Tvitterin bəzi yeniliklərini üzə çıxarıb. Navarranın sözlərinə görə, platforma hazırda alış-veriş tvitləri üzərində çalışır. İddialara görə, Tvitter çox sadə  alış-veriş kartı hazırlayır. Bununla yanaşı, yeniliklə satıcılara məhsul haqqında  açıqlama verməyə imkan yaradan 280 simvolluq statusların istifadəyə veriləcəyi gözlənilir. Bununla şirkət gəlir mənbələrini genişləndirmək və istifadəçiləri platformada daha uzun müddət saxlamağı hədəfləyir.