Çinin Elmlər Akademiyası 2100-cü ildə dünya iqliminin tamamilə fərqli olacağı ilə bağlı proqnozlarını dərc edib. Alimlər hesab edirlər ki, qlobal istiləşmə nəticəsində ilk növbədə fəsillərin uzunluğu dəyişəcək. Artıq indidən müşahidə edilir ki, Şimal yarımkürəsinin orta enliklərində yay uzanır, qış, yaz və payız daha qısa keçir. Bunu bitkilərin erkən çiçəkləməsində, quşların köç vaxtının dəyişməsində də görmək olar.
Alimlər 1952-2011-ci illər aralığında baş verən mövsüm dəyişikliklərini təhlil ediblər və müəyyən ediblər ki, bu dövr ərzində yayın uzunluğu 78-95 günədək artıb, yaz, payız və qışın uzunluğu isə uyğun olaraq 124-115, 87-82, 76-73 günədək azalıb.
Dəyişikliklər daha çox istixana qazlarının yaratdığı istiləşmə ilə əlaqəlidir. Yüzilliyin sonlarına doğru qış iki aydan çox çəkməyəcək, yay isə yarım il davam edəcək. Bu, həm də kənd təsərrüfatında, heyvandarlıqda dəyişikliklərə səbəb olacaq. Anomal vəziyyətlərlə-güclü istilər, qasırğa, meşə yanğınları ilə daha tez-tez rastlaşacağıq.
Bu faciənin qarşısını almaq üçün ekologiya, atmosfer və dünya okeanı mövzularına diqqəti artırmalıyıq.
Nubar Süleymanova, “İki sahil”