Koronavirus peyvəndləri yüksək ehtimal ki, müntəzəm olacaq, çünki COVID-19 tədricən mövsüm xəstəliyinə çevrilə bilər. “Tass” agentliyinə müsahibəsində Rusiyanın baş nazirinin müavini Tatyana Qolikova belə deyib. O bildirib ki, nə dünya, nə də Rusiya hələ immun müdafiəsinin nə qədər davam edəcəyini anlamaq üçün kifayət qədər təcrübə toplamayıb. "Əlbəttə ki, indi hamı rahatdır və COVID-19-un gedəcəyinə inanır, çünki hazırda vəziyyət daha yaxşıdır. Lakin hələ ki, virus heç yerə getməyib, bizimlədir, özümüzü və yaxınlarımızı qorumalıyıq”,-deyə Qolikova əlavə edib.
Baş nazirin müavini onu da qeyd edib ki, ölkə əhalisinin 60 % vaksinasiya edildikdən sonra maskaları çıxarmaq mümkün ola bilər.
Həkim-infeksionist Yevqeniy Timakov isə bir müddət əvvəl bildirmişdi ki, Rusiyada koronavirusun növbəti dalğası yaz aylarında baş qaldıra bilər, yayda isə vəziyyət çox ehtimal ki, stabilləşəcək.
Nubar Süleymanova, “İki sahil”