11 mart 2021 12:25
1072

Rusiya və Çin birlikdə Ayın tədqiqatı ilə bağlı stansiya yaradır

Rusiya və Çin birlikdə Beynəlxalq Elmi Ay stansiyası yaratmaqla bağlı memorandum imzalayıblar. Bu barədə “Roskosmos”un saytında məlumat yayılıb.

Dmitri Roqozin və Çjan Keçzyan tərəfindən imzalanan müqaviləyə əsasən, yaradılacaq stansiya müxtəlif ölkələrdən maraqlananlar üçün açıq olacaq. Bu, elmi tədqiqatlar sahəsində işbirliyini gücləndirmək və kosmik məkanı bütün bəşəriyyətin mənafeyi naminə sülh məqsədləri ilə araşdırmaq istiqamətində faydalı olacaq.

Stansiya Ayın səthində və ya orbitində yaradılacaqdır. Yerin peykinin öyrənilməsi ilə yanaşı, oraya insanın göndərilməsinə də cəhd ediləcək. Rusiya və Çin kosmik elm sahəsindəki təcrübələrindən istifadə edəcəklər.

Bundan əvvəl Türkiyənin Ayı araşdırmağa başladığı bildirilmişdi. 2023-cü ildə bir türk kosmik cihazının oraya enməsi planlaşdırılır.

Nubar Süleymanova, “İki sahil”