11 mart 2021 13:34
1236

Maradona öldürüldü deyərək küçələrə çıxdılar - FOTO

Argentinada 25 noyabr 2020-ci ildə vəfat edən əfsanəvi futbolçu Diego Armando Maradonanın ölümünün aydınlaşdırılması üçün bir nümayiş keçirilib.

“İki sahil” xəbər verir ki, yüzlərlə insan "Maradona öldürüldü" iddiası ilə paytaxt Buenos Ayresin mərkəzində toplanıb.

Maradonanın ölümünün aydınlaşdırılmasını tələb edən nümayişçilər, əfsanəvi futbolçunun ölümünə səbəb olanların cəzalandırılmasını tələb ediblər. Nümayişdə Maradonanın kiçik oğlu Dieguito Fernando Maradona, Maradonanın qızları Dalma və Gianinna Maradona və Maradonanın keçmiş həyat yoldaşı Claudia Villafane də iştirak edib. Onlara göstərilən böyük maraq səbəbindən Maradonanın qızları və keçmiş həyat yoldaşı nümayişdən erkən ayrılıblar.

Futbol əfsanəsi 25 noyabr tarixində Argentinanın Buenos Ayresdəki Tigre şəhərində "xroniki ürək çatışmazlığı səbəbiylə kəskin ağciyər ödemi" səbəbindən həyatını itirib. Ölümündən sonra açılan istintaq nəticəsində Maradonanın neyrocərrahı Leopoldo Luque və psixiatr Agustina Cosachov da daxil olmaqla yeddi nəfər, əfsanəvi futbolçunun ölümünə səbəb olmaqda günahlandırılıb.

 Xatırladaq ki, Maradonanın ailəsinin də şahid qismində dinlənildiyi istintaq davam edir.

 Vüsal Cahanov, “İki sahil”