11 mart 2021 17:02
1273

Los Ancelesli İş adamının hazırladığı qeyri-adi layihə FOTO

Los Ancelesin yaşlı  iş adamı Robert Bigelow bir otel və aerokosmik işlər ilə məşğul olan şirkətin  sahibi kimi tanınır.

Uğurlu iş adamı keçən yay da yeni  layihəyə imza atıb. O, insan şüurunu dəqiq ilə araşdırmaq üçün bu layihəni planlaşdırıb.Belə ki,  bu ilin fevral ayında iş adamı ölümdən sonra həyatın olub-olmadığını öyrənmək üçün maraqlı bir yarışma elan edib.Qeyri-adi yarışmanın  mahiyyəti, ölümdən sonra bir insanın şüuru ilə nə baş verdiyi mövzusunda 25.000 sözdən ibarət bir material yaratmaqdır.

Bu yarışmada qalib gələn  birinci yerin sahibi 500 min dollar, ikinci yerin sahibi  300 min dollar, üçüncü yerin sahibi  isə 150 ​​min dollar pul mükafatı alacaq.

Samirə Tağıyeva, "İki sahil"