12 mart 2021 12:08
1531

Yaponiya qeyri-adilikləri ilə təəccübləndirir - FOTO

Yaponiyanın və yapon xalqının fərqli xüsusiyyətləri hamıya məlumdur. Onlardan bəziləri hətta çox qəribə və qeyri-adidir.

Yapon dilində ən güclü söyüşlər "axmaq" və ya "dəli" sözlərimizlə müqayisə edilə bilər. Təhqir dərəcəsi sözlərin danışıldığı intonasiyadan və yüksək səsdən asılıdır.

Yapon dilində bir neçə nitq səviyyəsi var: söhbətcil, hörmətli, nəzakətli və çox nəzakətli. Əksər qadınlar hörmətli danışıqdan, kişilər söhbətcil nitqdən istifadə edərək ünsiyyət qururlar.

Yapon dilində ayların adları yoxdur. Aylar yalnız rəqəmlərlə nömrələnib. Məsələn, sentyabr “kuqaçu” adlanır ki, bu da doqquzuncu ay deməkdir.

Yaponiyada pornoqrafiyaya fərqli yanaşırlar. Orada hər addımbaşı pornoqrafiya satışına rast gəlmək olar.

Bu ölkədə 13 yaşdan öz xoşu ilə cinsi əlaqəyə rəsmi icazə verilir.

Yaponiya dünyada cinsi təcavüz sayının ən aşağı olduğu ölkələrdən biridir.

Bu ölkədə restoranlarda “çay pulu” verilmir. Müştəri əlavə pul bəxşiş verməyə çalışarsa, göstərilən xidməti dəyərdən salmış kimi qəbul edilir.

Yaponlar yemək haqqında çox danışırlar və  yemək yeyərkən mütləq yeməyi tərifləyirlər. Yemək zamanı bir neçə dəfə "çox dadlıdır" deməmək son dərəcə ədəbsiz sayılır.

Yaponlar çox əməksevər xalqdır. Onlar iş yerinə ən az yarım saat tez gəlirlər, fasilə və nahar olmadan 15-18 saat çalışırlar.

Yapon dilində həddindən artıq işdən ölümü ifadə edən xüsusi bir söz də var. Bu söz "karoshi" kimi səslənir və hər il bu diaqnozla təxminən on min insan ölür.

Yaponiyanın şimalındakı şəhərlərdə bütün səkilər qışda qızdırılır, buna görə də buz bağlamır. Ancaq Yaponiyada mərkəzi istilik sistemi yoxdur. Hər kəs öz evini müstəqil şəkildə qızdırır.

Yaponiya küçələrində çətirlər olan xüsusi stendlər olur. Yağış başlayarsa, oradan hər hansı bir çətir götürə bilərsiniz. Yağış dayandıqda, çətir ən yaxın dayanacaqda qoyulmalıdır.

Yaponiyada insanlar qeyri-adi dərəcədə dürüst insanlardır. İtirilmiş bir pul kisəsini 90 % ehtimalla itirilmiş mallar üçün yaradılmış bürodan tapa bilərsiniz.

Yaponiyada edam cəzası var. Ədliyyə naziri edamların çoxunda şəxsən iştirak edir.

 Yaponiyanın paytaxtı Tokio ən təhlükəsiz meqapolisdir. Bu şəhər o qədər rahatdır ki, hətta altı yaşlı uşaqlar da ictimai nəqliyyatadan sərbəst istifadə edə bilirlər.

Yaponiyada oğurluq, talan hadisələri yoxdur. Zəlzələlərin yaratdığı böyük dağıntılardan sonra da başqalarının əmlakına təcavüz etmək heç kimin ağlına gəlmir.

Yapon polisləri dünyanın ən dürüst polisi sayıla bilər. Onlar heç vaxt rüşvət almırlar və bəzən turist sürücülərə güzəşt də edirlər.

Yapon ailələrində bacı və qardaşın bir-birilə ünsiyyət qurmaması, hətta bir-birinin telefon nömrəsini bilməməsi hallarına rast gələ bilərsiniz.  Bu, onlarda normaldır.

Yaponiyada təqaüdlər çox aşağıdır. Ən yüksək təqaüd məbləği 300 dollar təşkil edir. Orada hesab edirlər ki, hərə öz qocalığını düşünərək tədarükünü görməlidir.

Yapon telefonlarında daxili təcili bildiriş sistemi mövcuddur. Hər hansı bir kataklizm baş verərsə, bu bölgədəki bütün telefonlarda yüksək səs siqnalı işə salınır. Bunun ardınca nə baş verdiyini və necə davranmağı izah edən bir mesaj gəlir.

Yaponiyada həmişə kişilərə birinci xidmət göstərilir. Restoranda kişilərin  sifarişi və içkisi daha tez gətirilir. Bütün qurumlarda əvvəlcə kişini, sonra qadınları salamlayırlar.

Nubar Süleymanova, “İki sahil”