12 mart 2021 16:53
2094

Taxta avtomobilin damından girib altından çıxdı - FOTO

Türkiyənin Adıyaman şəhərində fırtına baş verirb. 

Fırtına nəticəsində elektrik dirəkləri, ağaclar, reklam lövhələri aşıb, bəzi damlar maşınların üstünə uçub.

“İki sahil” xəbər verir ki, damdan uçan bir taxta Məhəmməd Özdəmirin avtomobilinə böyük ziyan vurub. Taxtanın avtomobilin damından girib altından çıxması onu görənləri təəccübləndirib. Ötən gecədən bu yana şəhərdə davam edən şiddətli fırtına insan həyatına mənfi təsir göstərib.

Hadisə Karapınar Məhəlləsində baş verib. Məhəmməd Özdəmir Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada "Binamızın damı maşınımın üstünə düşdü, Allaha şükür, bizə heç bir şey olmadı. Səlahiyyətli şəxslərdən kömək gözləyirik" deyə bildirib.

Adıyaman Bələdiyyəsi Xilasetmə Müdirliyi və Adıyaman-Kahramanmaraş Elektrik Dağıtım qrupları fırtınanın vurduğu ziyanı qarşılamaq üçün çox çalışırlar.