Yəmənin paytaxtı Səna daimi yaşayış yerləri olan dünyanın ən qədim şəhərlərindən biridir.
“İki sahil” xəbər verir ki, özünəxas memarlıq üslubu ilə seçilən bu tarixi şəhər UNESCO-nun Dünya İrs Siyahısına da daxil edilib. Son illərdə davam edən şiddətli toqquşmalardan ciddi şəkildə zərər görən bu şəhər ağır dağıntılara məruz qalıb. 2015-ci ildə qarşıdurmalar səbəbindən paytaxtın Ədən şəhərinə köçürülməsi ilə Səna müvəqqəti də olsa inzibati mərkəz olmaq xüsusiyyətini itirib. Son vaxtlara qədər Yəmənin paytaxtı olan şəhər təəssüf ki, ölkədəki müharibə nəticəsində viran qalıb. Bu qədim şəhər min illərin tarixi izlərini daşıyır.
Qədim inanca görə Hz. Nuhun oğlu Sam tərəfindən qurulan şəhər keçmişdə Azal adı ilə də tanınıb. Bunun səbəbi isə Samın ikinci nəsil nəvəsi olan Özalın adı ilə
bağlıdır. İncilin Yaradılış hissəsində də xatırlanan Özal qədim sebati dilində “yaxşı qorunmuş” mənasını da verir. Şəhərin yerləşdiyi yerə baxdıqda bu adın nə dərəcədə uyğun olduğunu anlamaq mümkündür. Çünki şəhər həqiqətən ətrafı sığınacaqlı və dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən şəhər, bu baxımdan dünyanın ən yüksəklikdə olan şəhərlərindən biridir. Sığınacaqlı quruluşu və girişi çətin olduğu yer sayəsində bu qədim yer min illər boyu xarici təhlükələrə qarşı xilas olunmaqla öz quruluşunu qoruyub saxlaya bilib. Ancaq Ərəb Baharı adlanan proseslə başlayan və günümüzdə şiddətini zaman-zaman artıraraq davam edən fərqli ölkələrin də daxil olduğu müharibə, Yəmənin digər bölgələri kimi tarixi Səna şəhərinə də son dərəcə mənfi təsir göstərib. Ölkə daxilindəki fərqli qrupların qarşıdurması səbəbindən şəhər bu prosesdən ciddi şəkildə ziyan görüb. Şəhərin yüzillikli binaları bombardman nəticəsində dağıdılıb. Bu hücumlar nəticəsində qədim şəhər yerlə yeksan edilib. Təəssüf ki, dağıntıların təsiri bu gün də davam edir. Münaqişələrin sona çatmaması bu tarixi şəhərə böyük zərər verir. Tez-tez baş verən hücumlar tarixi əhəmiyyəti olan Sənanın xüsusiyyətlərini əks etdirən binaları məhv edir. Təxminən 3 milyon insanın yaşadığı şəhər indi müharibənin bir tərəfi olan H
Hutilərin nəzarətindədir. Buna baxmayaraq, Yəmənin ən böyük şəhəri olan Səna bu əzəmətini fotoşəkillərində əks etdirir.
Tarix boyunca bir çox fərqli mədəniyyətə ev sahibliyi edən şəhər, İslam dini ilə fərqli bir kimlik qazanmağı bacarıb. İslam təhsili və düşüncə dünyasında əhəmiyyətli bir yer tutmağa başlayan şəhərdə, Abbasilər dövründən etibarən əhəmiyyətli qurumlar inşa edilməyə başlanıb. Uzun illər Osmanlı hakimiyyəti altında qalan Yəmən tariximizdə də xalq mahnılarına sahib olan bir yerdir. Yəmənin inzibati mərkəzi olan Səna qəhvənin Osmanlı İmperiyasına gətirildiyi yer olaraq da bilinir. Xatırladaq ki, sonralar buradan İstanbula gələn qəhvə II Vyana müharibəsi ilə Avropaya da daşınıb.
Vüsal Cahanov, "İki sahil"