Serbiski adına Milli Psixiatriya və Narkoloji Tədqiqat Mərkəzinin baş direktoru Zurab Kekelidze uşaqların nikotin asılılığı ilə doğulması hallarından danışıb.
"İki sahil" Medicina.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, araşdırmalar qadınların demək olar ki, 20%-nin hamilə olduqlarını öyrəndikdən sonra siqareti atmadıqlarını göstərib. Beləliklə, Rusiya Səhiyyə Nazirliyinin baş psixiatrının izah etdiyi kimi, uşağın nikotin asılılığı inkişaf edir.
Bu baxımdan Kekelidze ailə qurmazdan əvvəl gələcək ər-arvadın bir-biriylə sağlamlıqları barədə danışmalarının lazım olduğu fikrini dilə gətirib.
"Gələcək həyat yoldaşının masasına arayış qoyulmalıdır. Bu lazımdır".