Leykemiya xəstələrində COVID-19 ömürlük qala bilər. Cənubi Kaliforniya Universitetinin alimləri leykemiya xəstələrinin bədənində SARS-Cov-2 virusunun izlərinin yarım ildən artıq qaldığını müşahidə ediblər.
Tibb mütəxəssisləri immuniteti pozulmuş insanların yoluxucu xəstəliklərə daha çox məruz qaldığına əmindirlər. Onlar həm də hesab edirlər ki, belə insanların orqanizmi virusa bir yox, bir neçə dəfə yoluxa bilər. Həkimlər onu da qeyd edirlər ki, orqanizmdə uzun müddət qalan virusun əleyhinə antitellərin yaranması şansı da azalır. Bu, ancaq müxtəlif mutasiylara yoluxmanın ardından baş verə bilər. Buna görə də, belə xəstələrdə COVID-19 daha uzunmüddətli olur və ya dəfələrlə təkrarlanır.
Nubar Süleymanova, “İki sahil”