Milyonlarla insan miqrendən əziyyət çəkir. Miqren tutmaları zamanı fiziki gərginlik kömək edə bilər. Amerikalı alimlər belə fikrə gəliblər.
Müntəzəm məşqlər baş ağrılarının intensivliyini və baş vermə tezliyini azalda bilər. Fiziki məşqlər zamanı endorfin hasili artır, bu isə öz növbəsində stresin qarşısını alır və ağrıkəsici təsir göstərir.
Təcrübələr beş min insan üzərində aparılıb. Könüllülər iki qrupa ayrılıblar. Birinci qrupa idmanla məşğul olmayanlar, ikinci qrupa isə müntəzəm idman edənlər salınıb. Nəticədə məlum olub ki, həftədə 2,5 saatdan artıq məşq edən insanlarda miqren tutmalarının sıxlığı tamamilə azalıb.
Nubar Süleymanova, “İki sahil”