16 mart 2021 11:11
1178

İplə ağaca bağladıqları adamı döyüb öldürdülər

Türkiyənin  Manisa şəhərinin Salihli rayonunda istirahət zonasında 4 nəfər tərəfindən iplə ağaca bağlandıqdan sonra yumruq və taxta ilə döyülən İlyas Filiz  xəstəxanaya aparılsa da həyatını itirib.

"İki sahil” xəbər verir ki, hadisə dünən saat gecə saatlarında Adala küçəsində istirahət zonasında baş verib. İlyas Filiz və Əli Akın arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə yumruqlu davaya çevrilərkən, İlyas Filiz bıçaqla Əli Akının qarın nahiyəsindən yaralayaraq hadisə yerindən qaçıb. Akının yaralandığını eşidən dostları Filizin izinə düşüblər.

Təxminən yarım saat sonra Filizi istirahət zonasının yaxınlığında tutublar. Onlar Filizi iplə ağaca bağladıqdan sonra yumruq zərbələri ilə ölənəcən döyüblər. Ağır xəsarətlərlə Salihli Dövlət Xəstəxanasına aparılan Filiz həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Digər tərəfdən, bıçaq zərbəsi ilə ağır yaralanan Əli Akın bölgədəki özəl bir xəstəxanada müalicə aldıqdan sonra Manisa Şəhər Xəstəxanasına köçürüldüyü öyrənilib. Akının həyatının təhlükə altında olduğu bildirilib.

Polis hadisədən sonra Filizin dəhşətli ölümünə səbəb olan 4 şübhəlini nəzarətə götürüb.

Qeyd edək ki, şübhəli şəxslərin axtarışlarının davam etdiyi bildirilib.

Vüsal Cahanov, "İki sahil"