İxtiralar insan həyatını asanlaşdırır. Bəs, bilirsinizmi ki, bu gün istifadə etdiyimiz bir çox avandanlıqlar məhz qadınlar tərəfindən ixtira edilib?
Təxmin edildiyi kimi, soyuducu və qabyuyanın ixtiraçısı qadındır
Josephine Cochrane qabyuyan maşını otel və restoranlar üçün icad etmişdi. Florence Parpart isə gündəlik istifadə etdiyimiz müasir soyuducunun ixtiraçısıdır.
İlk kompüter alqoritmi və kabelsiz interneti də qadın ixtira etmişdir
Məşhur riyaziyyatçı Ada Lovelace kompüterin əsası hesab olunan Babbage cihazı üçün alqoritm yaratmışdır. Hedy Lamarr indi "həyati əhəmiyyətli" hesab etdiyimiz Wi-Fi sistemini icad etmişdir.
Evlərin rahat isinməsini təmin edən qaz sistemi də qadın ağlının məhsuludur
Marie Van Brittan Brown evlərin, binaların təhlükəsiz və asan isinməsini təmin edən sistemi ixtira edərək həyatımızı dəyişənlərdən biri oldu.
Uşaq bezini də qadın düşünüb
Marion Donovan hamam pərdəsindən uşaq bezi düzəldib. Zaman keçdikcə bezlər inkişaf etdirilərək indiki hala gəlib.
Günəş enerjisi paneli də qadın icadıdır
Fizik Maria Telkes 1947-ci ildə günəş enerji panelləri ilə isinən ev inşa etmişdir. Bu da günəş enerjisindən istifadəni artırdı.
Avtomobil şüşəsiləni də qadın tərəfindən ixtira olunub
1900-cu illərdə sürücülər qarlı, yağışlı havalarda tez-tez dayanıb maşınlarının şüşələrini silməli olurdular. Mary Anderson problemə möhtəşəm bir həll taparaq şüşəsiləni ixtira edir. 1903-cü ildə avtomobillərin kütləvi şəkildə satışı bu ixtiranın məşhurlaşmasını əlverişli etdi. Bəzi insanlar ixtiranın sürücülərin fikrini yayındırdığını söyləsə də, Mary icadının patentini almağı bacarıb.
Maşında hər dəfə qızdırıcını açanda qadına təşəkkür etməliyik
Gücünü motordan alan avtomobil qızdırıcısını Margaret Wilcox icad edib.
Şpris də qadın tərəfindən icad edilib
Letitia Geer müasir tibbdə ən mühüm alət olan şprisi ixtira edən qadındır.
Röya Rasimqızı, "İki sahil"