Türkiyənin Adana şəhərinin Çukurova rayonunda arıçılıqla məşğul olan Bəkir Biniciyə məxsus 700 pətəkdə tapılan minlərlə bal arısı tələf olub.
“İki sahil” xəbər verir ki, 280 min türk lirəsi dəyərində bir təsərrüfatını itirdiyini söyləyən Binici ölən arıları üçün qəbir qazıb dua edib: “Sanki bir adamın oğlunun öldüyü anı hiss etdim. Çox pis bir hiss idi. Özümü işgəncə almış kimi hiss etdim."
7 ildir rayonun Pirili küçəsində arıçılıqla məşğul olan B.Binici ötən gün əvvəl arı pətəklərini yoxlayıb və 700 pətəkdəki arıların 70 faizinin tələf olduğunu görüb. O, arıların ölməsi səbəbinin ətrafdakı təsərrüfatlarda istifadə olunan kənd təsərrüfatı böcəyi dərmanlarından qaynaqlandığını düşünüb.
Daha əvvəl bəzi arıların öldüyünü və etdiyi testlər nəticəsində ölüm səbəbinin pestisid (kimyəvi maddə) olduğunu deyən B.Binici "Səylərim boşa çıxdı. Özümü çox pis hiss etdim. İndi arılarımız bu böcək dərmanlarına görə ölürlər. Hər il eyni vəziyyətlə qarşılaşırıq. Bununla bağlı dəstək və həll gözləyirik. Biriləri pul qazanacaq deyə biriləri çörəyindən olmamalıdır. Mən yalnız arılarımı burada basdırmıram, ümid və arzularımla birlikdə dəfn edirəm" deyib.
Vüsal Cahanov, "İki sahil”