18 mart 2021 13:54
1211

Dünyada əkizlərin doğum sayı rekord həddə çatıb

Niderland, Böyük Britaniya və Fransadan olan tədqiqatçılar 2010-2015-ci illərdə doğulmuş əkizlərin statistikasını tərtib ediblər. Onlar bildirirlər ki, hazırda dünyada 42 yenidoğulmuşdan biri əkizlərdir. İldə dünya üzrə 1,6 milyon əkiz uşaq dünyaya gəlir. Tədqiqatçılar bu rəqəmləri 1980-ci illərin statistikası ilə müqayisə ediblər və bildiriblər ki, əkizlərin doğulması o zamanla müqayisədə üç dəfə daha artıqdır.

Alimlər əkiz uşaqların doğumunun artmasını daha çox müasir tibb ilə əlaqələndiriblər.

165 ölkədə aparılan təcrübələr zamanı məlum olub ki, ən çox əkizlər Asiya ölkələrində və Afrikada, ən az isə Cənubi Amerika ölkələrində dünyaya göz açıb. Məlum olub ki, Afrika qitəsinin qadınlarının genetik xüsusiyyətləri  çoxdöllü hamiləliyə səbəb olur.

Hamiləliyə hazırlaşan bir çox qadınlar isə eyni anda bir neçə uşaq dünyaya gətirməyi arzulamırlar. Sosioloqlar əkizlərin doğulması və ailələrin məxaricləri arasında əlaqəni araşdırmaq üçün inkişaf etmiş ölkələrdə yeni tədqiqatlara başlamağı da planlaşdırırlar.

Nubar Süleymanova, “İki sahil”