18 mart 2021 14:07
1148

Yaşlı insanlarda COVID-19-a təkrar yoluxma halları daha çox  baş verir

Tədqiqatçılar yaşlı insanlarda immunitet sisteminin yaşla əlaqəli dəyişiklikləri ilə bağlı olaraq, təkrar yoluxmaya tez-tez rast gəlindiyini açıqlayıblar.

Bu barədə “Lancet” elmi jurnalında Danimarka alimlərinə istinadən məlumat verilib. Onlar bunu “immun qocalması” ilə əlaqələndiriblər. Danimarka alimləri həmçinin, 65 yaşdan yuxarı insanların pandemiya dövründə xəstəlikdən qorunma tədbirlərinə xüsusi fikir verməli olduğunu, vaksinasiya prosesində prioritetliyini xüsusi vurğulayıb.

Bir müddət əvvəl Rusiyalı infeksionist Yevgeni Timakov koronavirusa təkrar yoluxmanın səbəblərini açıqlamışdı. O, çoxlu dərman qəbulu səbəbindən immunitetin zəifləməsi, yüksək virus yükü və yoluxmuş insanlarla tez-tez ünsiyyəti və s. misal göstərib.

  Nubar Süleymanova, “İki sahil”