18 mart 2021 14:48
1164

Bədəninin 98 faizi döymədir: Bəs qalan 2 faiz harasıdır?

Bu, inanılmazdır: almaniyalı pensiyaçının bədəninin 98% -ni döymələr örtüb

72 yaşlı Berlin sakini Volfqand Kirşın bədəninin 98% müxtəlif döymələr ilə  örtülüb. Keçmiş rabitə işçisinin bədənində  nə az, nə çox 86 döymə var. Qeyd edək ki, 26 il ərzində  bu  prosedurlardan istifadə edən Kirş onlara  720 saat və 25 min avro xərcləyib. Kirşin sözlərinə görə, ilk döyməsini o, 1989-cu ildə Berlin divarının düşməsindən sonra etmişdir. Ölkədə baş verən son hadisələrdən kədərlənən  Kirş gözünün altına yaş formasında döymə vurdurmuşdu. Həmin vaxt onun 46 yaşı var idi.

Volfqandın dediklərinə görə, o zamanlar Almaniyada döymə edən insanlara pis baxırdılar və bunu çox utancverici hesab edirdilər. Etdiyi ilk döymədən sonra bu prosedura bir incəsənət növü kimi baxan Kirş bu işə davam etmək qərarına gəlir. Hal-hazırda onun yalnız pəncələrində döymə yoxdur. O, hətta göz qapaqlarında qara rəngdə döymələr edib. Qeyri-adiliyə üstünlük verən yaşlı adamın bədənində həmçinin 17 maqnit implantı var. Bu implantlar əsasən onun barmaqlarına tikilib, lakin ən böyük implant  boğazındadır. İmplantların köməyi ilə ağır əşyaları maqnit kimi çəkə bilən bu adam son illər ərzində insanlar tərəfindən çox sevilib. Almaniyada "Magneto" ləqəbi ilə məşhurlaşan Kirş ın pərəştişkarları da getdikcə artmaqdadır. Əvvəlcə ondan qorxan insanlar, artıq ona bir fenomen kimi baxaraq,onunla şəkil çəkdirib, avtoqraf alırlar. 2019-cu ildə  müvafiq sertifikat alan Kirş "Almaniyanın ən çox döyməli insanı" kimi mükafatlandırıldı.

Samirə Tağıyeva, "İki sahil"