İordaniyada yerləşən Ram vadisi dünyanın ən maraqlı yerlərindən biridir.
“İki sahil” xəbər verir ki, ərəb dilində "ay" mənasını verən bu vadini digərlərindən fərqləndirən cəhəti Marsa bənzəməsidir. Bu yer həm də çox sayda Hollivud filminin çəkilişlərinə ev sahibliyi edib. Ram vadisi və ya ərəbcə adı Vadi Ram Orta Şərq ölkəsi İordaniyanın cənubunda Qırmızı dəniz sahilindəki tarixi Əqaba şəhərindən təxminən 60 kilometr məsafədə yerləşir. Sonsuz səhralarla əhatə olunmuş bu geniş məkanla daha yaxından tanış olaq.
Təxminən 10 milyon əhalisi olan İordaniyanın cənubunda yerləşən Ram vadisi paytaxt Amman şəhərindən üç saat yarım məsafədədir. Təxminən 300 kilometr məsafədə yerləşən Vadi Ram qədim Petra şəhəri ilə birlikdə İordaniya xatırlandığında ağla gələn yerlərdən biri sayılır. Bu tarixi əhəmiyyətli şəhər həm də səhra turları həvəskarlarının bölgədəki ən populyar yerlərindən biridir. 720 kvadrat kilometr ərazini əhatə edən bu vadi dəniz səviyyəsindən 1750 metr yüksəklikdə yerləşir. Başqa sözlə, bu yer yüksək hündürlüyə sahib bir bölgədir. Tez-tez səhra turları üçün üstünlük verilən Vadi Ram gün batımında və doğuşunda qırmızı görüntüsü ilə Mars planetinə bənzədilir.
Belə ki, son illərin ən çox məşhur filmlərindən biri olan “The Martian” filmi də burada çəkilib. Məhz Mars planetində reallaşması olan filmin səhnələri Vadi Ramda çəkilib. Təbiət və məcara həvəskarları ilə yanaşı fotoqrafların da sevimli yeri olan bu məkan, çətin şərtlərə qarşı mübarizə aparmağı öyrənə biləcək bir yerdir. Bu nəhəng yerdə itmək, susuz qalmaq və ya dəhşətli istidən təsirlənmək də mümkündür. Bu vəziyyət bura gələn turistlərin gözündə ən cəlbedici edən məqamlardan biridir. Peşəkar bələdçilərin rəhbərliyi ilə həyata keçirilən turlarda burada qalmaq və göyün ecazkar mənzərəsini seyr etmək mümkündür. Buludsuz gecələrdə səmada saysız-hesabsız ulduzları aydın şəkildə görə biləcəyiniz Vadi Ram romantikliyi ilə qonaqlarını valeh edir.
Qeyd edək ki, son zamanlarda Marsla əlaqəli filmlər başda olmaqla və bənzər çəkilişlərə ev sahibliyi etməyə başlayan bu ərazi gələcəkdə prodüserlər tərəfindən tez-tez üstünlük veriləcəyi yer olaraq görünür.
Vüsal Cahanov, “İki sahil”