19 mart 2021 14:07
1779

Bu maşına 50 min türk lirəsi xərclədi - FOTO/VİDEO

Türkiyənin Trabzon şəhərində Murat Karanlıkın ön hissəsini dəyişdirdiyi 1987-ci il istehsalı olan avtomobili yolda tullanma təəssüratı yaradır. M.Karanlık “Niyə xəyal etdiyim şeyi etmirəm? dedim və işə başladım. Mən bu avtomobili düzəltdim” deyib.

“İki sahil” xəbər verir ki, Trabzonda avtomobil ticarəti ilə məşğul olan Murat Karanlık 1987 model “Vaz” markalı avtomobili dəyişdirməyə qərar verib. Kompressorun köməyi ilə sistemə vurduğu hava ilə avtomobilin tullanmasını təmin edən Murat Karanlık təxminən 50 min lirəyə başa gələn maşınına gözü kimi baxır. Yolda hərəkət edərkən tullanmaq təsiri bağışlayan avtomobili görənlər heyrətlərini gizlədə bilmirlər. Xəyallarını reallaşdırdığını söyləyən Karanlık “Vaz” avtomobilim Rusiya istehsalı olan bir avtomobildir. Köhnə maşınlarla məşğulam. Maşınları alıram. Sonra yığıb satıram. Həmişə ağlımda bu tip bir layihə var idi” deyib.

Hər kəsin maşını tanıdığını söyləyən Karanlıq bildirib ki, maşın tullana-tullana gedir: “Maşını ümumiyyətlə tıxac olmayan yerdə sürməyə çalışıram. Çox cəlbedici olduğu üçün yolda olan digər sürücülərin də diqqətinin yayınmasını istəmirəm. Sosial mediada paylaşdığımız videolar var. Avtomobilin tullandığını görənlər təəccüblənirlər. İndi maşınımızı hamı tanıyır. Görənlər video çəkir, şəkil çəkdirmək istəyirlər. Bizim üçün tamamilə fərqli bir hissdir. Bir çox insan "bunu necə etdiniz?" deyə soruşur, "peşə sirridir" deyirəm. Sürətləndirilmiş bir asma sistemi var. Təkərləri yerdən üzmək üçün mühərriki gücləndirmişəm. Köhnə bir avtomobil olduğu üçün diqqət çəkirdi. İndi maraq xeyli artıb.”

Dostu  Mücahit Terzioğlu isə kolbastı oynamaq istədikdə avtomobili tullanma rejiminə keçirdiklərini söyləyir: “Yolda olarkən avtomobil tullanmağa başlayanda hamı maşına baxmağa başlayır. Avtomobil diqqəti çox cəlb edir. Maşının tavanını kəsdi ki,  tullanarkən başımız tavana dəyməsin. Avtomobilin tullanmasında əsas məqsəd Qara dənizdən olduğumuz üçün yallı getməyi və kolbastı oynamağı sevirik. Yallı oynamaq istəyəndə, əllər oynayır, maşın isə tullanmağa başlayır.”

Vüsal Cahanov, “İki sahil”