2016-cı ildə mediada belə bir xəbər dolaşmağa başladı: Alimlər müəyyən ediblər ki, insan beyninin yaddaşı 1 petabayt həcmindədir.
Nevroloqlar Terri Seinovski və Kristen Harris, hipokampal neyronların necə işlədiyini araşdırarkən, sinapsın təxminən 4.7 bit yaddaşa sahib olduğunu aşkar ediblər. Seinovskinin sözlərinə görə, bu, ümumi yaddaşın həcminin daha yaxşı qiymətləndirilməsinə,ən azı bir petabayta qədər olduğunu dəqiqləşdirməyə imkan verib. 1 petabayt təxminən internetdəki bütün mətn məlumatlarının həcminə bərabərdir.
Amerikalı alimlərin araşdırması olmadan belə, insan beyni kimi kompleks bir orqana sahibi olan hər insanın inkişaf üçün böyük potensiala sahib olduğu aydındır. Bir insan həyatında minlərlə kitab oxuya bilər, onlarla dil öyrənə və həqiqətən çox böyük bir məlumat mənimsəyə bilər.
Bildiyiniz kimi, iki əsas yaddaş növü var: qısamüddətli və uzunmüddətli. Birincisi, 20 saniyəyə qədər davam edən qəti və məhdud bir məlumatı xatırlamaq bacarığıdır. Bundan əlavə, bu məlumatları işlətməsəniz, məlumat silinir. Davamlı yaddaşa isə potensial olaraq ömürboyu saxlanıla bilən müqayisəedilməz dərəcədə çox məlumat daxil edir.
Lakin elmə insanların başlarına gələn hər bir şeyi, hər xırdalığı xatırlaya bilən insanlar da məlumdur. Bu, tibbdə hipertimeziya adlanır. Bu bir sindromdur və müəyyən insanlarda rast gəlinir.
Biz adi insanlar isə çərçivəli yaddaşa malikik və yaddaşımızı yaxşılaşdırmaq üçün ən yaxşı vasitə oxumaqdır.
Beyini necə yeniləmək olar?
Amerikalı alim Robert Uilson və bir qrup həmkarı altı il yaşlı insanlar üzərində müşahidələr aparıblar. Subyektlərin ölümündən sonra hər birinin beyinləri patoloji dəyişikliklər üçün müayinə edilib. Həyatları boyu ortalamadan çox oxuyanların yaddaş problemi ilə 32 % daha az qarşılaşdığı müəyyənləşib, ümumiyyətlə oxumayanların isə yaddaşını 48% daha sürətli itirdiyi məlum olub.
Nubar Süleymanova, “İki sahil”